ONN İnformasiya Agentliyi

Ərdoğanın oxuduğu şer Zərifi qıcıqlandırıb – XİN rəhbərinin qəzəbli tviti

Ərdoğanın oxuduğu şer Zərifi qıcıqlandırıb – XİN rəhbərinin qəzəbli tviti
11 Dekabr 2020 - 13:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Bakıda keçirilən Hərbi Paradda Araz çayı ilə bağlı səsləndirdiyi bayatı İranı qıcıqlandırıb.
Bu barədə İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında yazıb:“Türkiyə Prezidenti Ərdoğana Bakıda dediyi şeirin sözləri ilə Arazın şimalındakı bölgələrin vətənləri İrandan zorla ayrılmasına eyham vurduğu barədə məlumat verilməyib. Bunu deməklə Azərbaycan Respublikasının suverenliyinə zərər vurduğunun fərqində deyildimi? Heç kim sevdiyimiz Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur – red.) haqqında danışa bilməz”, – deyə XİN rəhbəri paylaşımında qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png