ONN İnformasiya Agentliyi

Əsəd İNTİQAM ANDI içdi – “Layiqli cavab veriləcək”

Əsəd İNTİQAM ANDI içdi – “Layiqli cavab veriləcək”
10 Sentyabr 2018 - 12:46

PKK terror təşkilatının Suriyadakı qolu YPG ilə Əsəd rejiminin əsgərləri arasında qarşıdurma yaşanıb və 11 nəfər öldürülüb.

ONN media xəbər verir ki, Hasekede çıxan qarşıdurmada 11 rejim əsgərinin öldürülməsi səbəbindən bölgədəgərginlik artıb. Münaqişədə 11 rejim əsgəri ilə yanaşı, 7 YPG- üzvü də öldürülüb.

Qarşıdurma ilə bağlı Dəməşq rəhbərliyi olduqca sərt açıqlama verib. Əsəd rejimi YPG üzvlərindən öldürülən 11 əsgərin intiqamının alınacağını sərt şəkildə bəyan edib.

YPG təşkilatı qarşıdurmaya görə üzr istəsə də, rejim üzrü qəbul etmədiyini və onlara layiqli cavabın veriləcəyini bəyan edib.

Xatırladaq ki, Əsəd ilə YPG arasında son zamanlar münasibətlər olduqca gərgin idi. Rejim YPG terror qurplaşmasının nəzarətində olan əraziləri geri almaq istəyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png