Keçmiş Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş.
ONN media Publika.az-a istinadən xəbər verir ki, II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və yazır: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.
“Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası “din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalıda azərbaycanlıları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.
Məxfi məktubun göndərilməsindən 11 il sonra Papa İrəvana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il öncə Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.
II İohan Pavel: 18 may 1920-ci ildə Polşanın Vadovitse şəhərində doğulub. 1938-39-cu illərdə Karakovdakı Yagellon Universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyub. 1946-cı ildə keşiş rütbəsi alıb. 1958-ci ildə yepiskop rütbəsinə yüksəlib. 1963-cü ildə Krakov arxiyepiskopu təyin edilib. II İohan Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olub. Ermənistana səfərindən iki il sonra – 2005-ci ilin 2 aprel tarixində Vatikanda vəfat edib.



Roma Papasından Qarabağ çağırışı
Roma Papasından Azərbaycan və Ermənistana çağırış
Roma Papası Qarabağdan danışdı
Roma Papası istefa verə bilər
Nadir olay: Papa Şeyx Əhmədlə birlikdə...
Ərdoğan Roma Papası ilə danışdı
Roma Papası İran XİN başçısını qəbul edib
Ermənilər Xocalıdan çıxır?
Roma Papası Bağdadda
Roma Papası üzr istədi - SƏBƏB İSƏ...
Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb
Roma Papası öz qorxusundan DANIŞDI
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 