ONN İnformasiya Agentliyi

20 nəfərin ölümünə səbəb olan dəhşətli qəza

20 nəfərin ölümünə səbəb olan dəhşətli qəza
05 Aprel 2018 - 11:13

Qəzaya avtomobil sürücülərinin sürət həddinə riayət etməmələri və yol qaydalarını pozmaları səbəb olub

 Dünən axşam Qahirədən cənubdakı yolda baş verən dəhşətli qəzada 20 nəfər həlak olub.

ONN media xəbər verir ki, hadisə Misirin Soxaq və Asyut şəhərlərini birləşdirən yolda olub.

KİV xəbər verir ki, sərnişin daşıyan avtobus və yük maşını toqquşub. Qəzaya avtomobil sürücülərinin sürət həddinə riayət etməmələri və yol qaydalarını pozmaları səbəb olub.

Misir yol infrastrukturunun pis vəziyyətdə olması ilə məşhurdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il Misirdə yol qəzasında 12 mindən çox adam ölür.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png