ONN İnformasiya Agentliyi

İsraildən şok etiraf

İsraildən şok etiraf
21-03-2018, 13:24


İsrail on il yarım əvvəl Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib.

ONN media xeberbiz.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilib.

Məlumata görə, əməliyyat 2007-ci ildə sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində Dəməşqin 280 mil şimal-şərqində yerləşib.
“4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, - bəyanatda bildirilib.
İsrail məlumatı bu zamana qədər gizlətməsinə səbəb kimi ərazinin uzun müddət İŞİD terror qruplaşmasının nəzarətində qalmasını göstərib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png