Antalyada “Saklıkent” dağ-xizək mərkəzində obyektlərdən birinin damının qar kütləsi səbəbindən uçması nəticəsində 8 nəfər xəsarət alıb.
ONN media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlar uçqun altından çıxarılaraq helikopterlə Akdəniz xəstəxanasına aparılıb.
Hadisə yerində AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) əməkdaşları gəlib.