Türkiyənin Antalya vilayətində hökm sürən güclü qasırğa aeroportda avtobusu aşırıb. ONN media xəbər verir ki, qəza nəticəsində yaralananların olduğu bildirilir. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Qeyd edək ki, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub. Məlumata görə, qasırğa nəticəsində bir neçə istixana dağılıb və işçilər xəsarət alıb. Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.(Trend)
Antalyada külək avtobusu aşırdı - Yaralılar var

