ONN İnformasiya Agentliyi

Türkiyədə enerji PROBLEMİ: 13 briqada səfərbər edildi

Türkiyədə enerji PROBLEMİ: 13 briqada səfərbər edildi
8-02-2022, 23:36

Türkiyə hökuməti İsparta vilayətində elektrik sistemindəki problemləri aradan qaldırmaq üçün bütün imkanlarını səfərbər edib.

ONN media  xəbər verir ki, bu barədə energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. Nazir bildirib ki, Türkiyənin 13 vilayətindən elektrik sahəsində çalışan briqadalar İspartaya köməyə cəlb olunub. Onun sözlərinə görə, İspartada on il ərzində gözlənilən nasazlıq riskləri bir gündə baş verib. Hazırda İspartada yalnız 7 kəndə elektrik verilmir.

Qeyd edək ki, fevralın birinci həftəsi İsparta vilayətinə yağan güclü qar səbəbindən çox sayda yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, elektrik təchizatında fasilələr yaranıb. Qarın ağırlığı və fırtına magistral ötürücülər də daxil olmaqla elektrik dirəklərini aşırıb, onlarla nöqtədə naqillər qırılıb. Vəziyyətlə əlaqədar olaraq yerli hakimiyyət orta məktəblərdə rüblük tətilin müddətini daha beş gün - fevralın 12-dək uzadıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png