Tezliklə İran Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsinə başlayacaq.
Bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
Ə.Mehrabianın sözlərinə görə, Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsi aparmaq daha sadədir.
Mehrabian əlavə edib ki, bir mərhələdə elektrik şəbəkələri sinxronlaşdırılıb. Lakin mühafizə relelərinin bir-biri ilə tənzimlənməsinə ehtiyac var.
İranlı nazir qeyd edib ki, hazırda İranda elektrik istehlakı gün ərzində 72,5 min meqavat saatdır. Bu istehlakın 30 min meqavatı soyuducu vasitələrə aiddir. Beləliklə, İran qış fəslində 30 min meqavata yaxın elektrik ixrac edə bilər.
“İranın elektrik şəbəkəsi Azərbaycan vasitəsi ilə Rusiyaya birləşərsə, İranda elektrik istehlakının pik vaxtının yayda, Rusiyada isə elektrik istehlakının pik vaxtının qışda olduğunu nəzərə alaraq İran yayda Rusiyadan elektrik idxal edə, qışda isə Rusiyaya elektrik ixrac edə bilər”, - deyə o qeyd edib.
Əlavə edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.



Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
İranla elektrik enerjisinə dair müqavilə imzalanıb
Yeniyetmə qızı elektrik cərəyanı öldürdü - BƏDBƏXT HADİSƏ
İrandan Ermənistana daha bir dəstək
Ermənistan və İran arasında yeni saziş imzalandı
Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı
Elektrik enerjisi limiti artırıla bilər - Nazir açıqladı
Türkiyədə elektrik enerjisinin qiyməti 15% bahalaşdı
İran Azərbaycanla danışıqlara başlayıb
Azərbaycanla İran arasında müqavilə imzalanıb
Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb
İranın nüvə stansiyasında qəza baş verdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 