Lerik rayonunun bir sıra kəndləri işıqsız qalıb. ONN media bildirir ki, rayon ərazisində əsən güclü külək elektrik təsərrüfatının işində problemlər yaradıb. Blabənd kəndinin sakinləri bildirir ki, Zuvand ərazisinə elektrik enerjisi verilişini həyata keçirən 10 kv-luq xəttdə artıq iki gündür, elektrik enerjisi yoxdur. Bu səbəbdən 40-a yaxın kənd - Blabənd, Xəlifəkücə, Mondigah, Nisli, Hacovi, Hoveri, Şonaçola, Qələsər, Qosmalian, Tatoni, Mistan, Xəlifəkənd, Lələhiran, Kəlvəz, Kələxan və digərləri elektrik enerjisindən məhrum olub. Lerik Elektrik Şəbəkəsinin rəisi Cavid Cavadov “Report”a bildirib ki, hazırda rayon ərazisinin 70%-nə elektrik enerjisinin verilişi təmin edilib: “İki gün ərzində davam edən güclü külək səbəbindən rayonun elektrik təsərrüfatına xeyli ziyan dəyib. Bir sıra yerlərdə elektrik naqilləri qılırıb, dayaqlar aşıb, habelə transformatorlarda qısaqapanmalar yaranıb. Hazırda operativ briqadalar işləyir. Rəhbərlik tərəfindən köməklik göstərilib. Dağlıq ərazilərə elektrik enerjisinin verilişi hələ ki, mümkün deyil. Bu ərazilərə enerji verilişinin dayandırılması təhlükəsizlik məqsədi daşıyır. Belə ki, külək 10 kv-luq xətti qıraraq yaşayış evlərinin üstünə ata, yanğın və ya bədbəxt hadisə baş verə bilər. Ona görə də küləyin zəifləməsini gözləyirik. Lənkəran və Yardımlı rayonları ərazisindən 35/10 kv-luq yüksək gərginlikli xətlər vasitəsilə rayon mərkəzi və ətraf kəndlər enerji verilişi bərpa olunub. Qeyd edim ki, bu ərazilərdə bu gün səhər saatlarında fasilə yaranmışdı”.
Azərbaycanda 40 -a yaxın kənd İŞIQSIZ QALDI



Yevlaxın 5 kəndi işıqsız qaldı
Biləsuvarda güclü külək: rayon işıqsız qaldı
Azərbaycanda bu rayonun çox hissəsi İŞIQSIZ QALDI
Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu
Sumqayıtın bir hissəsi işıqsız qaldı - Səbəb
Güclü külək və leysan bu rayonları işıqsız qoydu
Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi
Bu rayonda AĞIR QƏZA: 7 kənd işıqsız qaldı
Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
220 mindən çox sakin İŞIQSIZ QALDI - SƏBƏB
Dolu və külək bu rayonda təsərrüfata ziyan vurdu
Türkiyədə elektrik enerjisinin qiyməti 15% bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 