ONN İnformasiya Agentliyi

Türk ordusu Tel-Rıfat əməliyyatına başladı - TƏCİLİ!

Türk ordusu Tel-Rıfat əməliyyatına başladı - TƏCİLİ!
27-03-2018, 13:50


ONN media xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalının PKK terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb.

Yerli mənbələr Türkiyə xüsusi təyinatlıları və Azad Suriya Ordusunun (ASO) bu gün hərəkətə keçdiyini bildiriblər.

Xəbərə görə, yanvarın 20-də başlayan "Zeytun budağı" hərəkatı Tel-Rıfatın alınması ilə tamamlanacaq. "İhlas" agentliyi isə ASO-ya bağlı 10 min döyüşçünün əməliyyata qatılacağını yazıb.

Qeyd edək ki, Tel-Rifat 50 min əhalisi olan və Afrin şəhərindən 25 kilometr cənubi-şərqdə yerləşən şəhərdir. YPG/PKK buranı 2 il əvvəl Suriyanın hökumət güclərinin dəstəyi ilə almışdılar.

Türkiyə KİV-inin daha əvvəl yazdığına görə, Münbiç və Tel-Rıfatın ələ keçirilməsindən sonra Hələbə qədər 30 kilometr genişliyində təhlükəsiz bölgə qurulacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png