Türkiyə prezident Ərdoğan Rusiya prezidenti Putin və ABŞ lideri Trampla telefon danışıqlarından söz açıb
“Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik”.
ONN media "Hürriyet"ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, qeyd edib ki, ABŞ və Rusiya liderləri ilə Suriyada sülhün bərqərar olunması üçün nələr edə biləcəklərinə dair fikir mübadiləsi aparıblar: "Sülhün yaradılması ilə bölgədə yaşanan faciələrin sona çatacağına ümid etdiyimi bildirdim. Eyni zamanda, Duma və Şərqi Gutadadakı vəziyyətdən bəhs etdik. Məndə orada baş verən hadisələrin videoları var. Həmin videoları Vladimir Putinə göndərdim".
Ərdoğan bildirib ki, kimyəvi silahların tətbiqi fəlakətdir: "Ancaq başqa cür silahlarla qadınlar, uşaqlar öldürülür. Rusiya və koalisiya qüvvələrinin bütün bu məsələlərə həssas yanaşmalarını tələb etmişik və edirik. Son günlər bölgədə vəziyyət qismən sabitləşib".
"Bizim mübarizəmiz terrorçularla olan mübarizədir, qətiyyən işğalla əlaqəsi yoxdur bunun bütün dünyanın bilməsi lazımdır" – deyə o bildirib.



Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Ərdoğan və Putin taxıl sazişini müzakirə edib
Ərdoğan Putinlə nəyi müzakirə edəcək?
Ərdoğan Putini Türkiyəyə çağırdı
Putin və Zelenski görüşəcək?- Ərdoğan açıqladı
Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı: "Putinlə..."
Ərdoğan Putinlə görüşəcək
Ərdoğan Putinə təşəkkür etdi
Ərdoğan Putinlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
Putinlə Ərdoğan bir saat danışdı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 