ONN İnformasiya Agentliyi

300 min cinsi istismarçı aşkarlandı – Uşaqlara qarşı ŞOK TƏHDİD

300 min cinsi istismarçı aşkarlandı – Uşaqlara qarşı ŞOK TƏHDİD
25 Yanvar 2021 - 10:38

İngiltərədə ən təhlükəli uşaq cinsi istismarçılarına qarşı əməliyyat həyata keçirilib.

ONN media  xəbər verir ki, əməliyyat nəticəsində 320 nəfər saxlanılıb.

Milli Cinayət Agentliyinin hesabatına görə, Daxili İşlər Nazirliyinin açıqladığı “Uşaqlara qarşı cinsi istismarla mübarizə Strategiyası” çərçivəsində ötən ilin aprel ayından bəri əməliyyatlar təşkil olunub.

Bu çərçivədə 400-dən çox azyaşlı himayəyə götürülüb. Xüsusilə, pandemiya dövründə azyaşlıların istismarında ciddi yüksəliş qeydə alınıb. Uşaqlara qarşı ən az 300 min nəfərin cinsi təhdid yaratdığı məlum olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png