ONN İnformasiya Agentliyi

Ərdoğana daha bir rəqib

Ərdoğana daha bir rəqib
1-05-2018, 15:19


Səadət Partiyası ölkə prezidenti postuna öz namizədinin adını açıqlayıb

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın da rəqiblərinin adları bilinməyə başlayır. 

ONN media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu dəfə Səadət Partiyası ölkə prezidenti postuna öz namizədinin adını açıqlayıb.

Belə ki, partiyanın sədri Temel Karamollaoğlunun ölkə prezidentlyinə namizədliyi irəli sürüləcək. Bununla da Türkiyə prezidentliyinə namizədlərin sayı dördə çatacaq. Onlar hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Səadət Partiyasının lideri Temel Karamollaoğlu, İYİ partiyasının lideri Merel Akşener və Vatan Partiyasının sədri Doğu Perinçekdir.

Halkların Demokratik Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyası isə mayın dördündə prezidentliyə namizədlərini açıqlayacaqlarını bəyan ediblər.



 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png