Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb. Qurultay hazırda davam edir. xxx Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir. İclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib. Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib. Hazırda çıxışlar davam edir. xxx Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq. xxx Qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edirlər. Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq. xxx Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq. Hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur. xxx Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu, YAP-ın VII qurultayıdır. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq. Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdı (YENİLƏNİR)



Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış etdi
4 müxalifət partiyası YAP-a qoşulur
MSK-dan 6 siyasi partiya ilə bağlı QƏRAR
Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
Daha bir partiya ləğv edildi
DİQQƏT- Nəzərdə tutulan vaxt başa çatır
Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
YAP İdarə Heyətinin yeni üzvləri məlum oldu - TAM SİYAHI
YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
YAP-ın Təftiş Komissiyasının iclası keçirildi
Prezidentdən jurnalistlərə qurultay TƏBRİKİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 