Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin Ukrayna ərazisinə orta mənzilli “Oreşnik” raketinin atıldığı barədə açıqlamalarına münasibət bildirib.
ONN media Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski Rusiyanın əslində uzaqmənzilli raket atdığını bildirib:
“Putin etiraf etdi ki, o, artıq bu il eskalasiyaya, müharibənin genişlənməsinə doğru ikinci addım atıb. Yeni ballistik raketdən istifadə edilib. Putin bizim Dnepr şəhərini vurdu - Ukraynanın ən böyük şəhərlərindən birini. Bu, müharibənin miqyasının və qəddarlığının açıq-aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Və vurğulayacağam: bu, Rusiyanın 2024-cü il ərzində eskalasiyaya doğru ikinci addımıdır. İlk belə addım Şimali Koreyanın ən azı 11 min əsgərdən ibarət kontingenti Ukraynaya qarşı müharibəyə cəlb etmək idi”, - o qeyd edib.
Zelenskinin sözlərinə görə, Putin dünyada müharibəni genişləndirməməyə çağıran hər kəsə məhəl qoymadı:
"O, Çinin, Braziliyanın, Avropa ölkələrinin, Amerikanın və dünyanın bütün digər ölkələrinin nəyə çağırdığına əhəmiyyət vermir".
Qərb mətbuatının məlumatına görə, Rusiya dünən ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.
Nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu tip raketi konvensional başlıqla tətbiq etməklə Putin nüvə zərbəsi endirə biləcəyi barədə Qərbə xəbərdarlıq siqnalı göndərib.
Bir gün əvvəl isə Ukrayna Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini "Storm Shadow" uzaqmənzilli raketləri ilə vurmuşdu.



Zelenski Putinə cavab verdi
Zelenski bu ölkələrə çağırış etdi
Ukraynaya nə qədər raket atılıb?- ZELENSKİ AÇIQLADI
Putin və Zelenski görüşəcək?- Ərdoğan açıqladı
Putin prezidentlikdən çəkilir?- Zelenski anons verdi
Zelenski açıqladı- ÇOXLU İTKİLƏRİMİZ VAR
Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
3 liderdən Rusiyaya: Qoşunlarını uzaqlaşdır!
Putin və Zelenski görüşəcək?
Zelenski ilə görüşə hazıram – Putin
Putin bu ölkələrə XƏBƏRDARLIQ ETDİ
Zelenski: Putinlə nə danışım ki?!
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 