Son günlər Almaniyada havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yolların buz bağlaması avtomobil qəzalarının baş verməsinə və aeroportlarda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub.
ONN media xəbər verir ki, Frankfurt hava limanında uçuş-eniş zolaqlarının təmizlənməsi və görmə məsafəsinin zəif olması ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Bazar günü üçün planlaşdırılan 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib.
Münhen aeroportunda bir neçə reys təxirə salınıb. Uçuş-enmə zolaqlarının təmizlənməsi işləri davam etdirilir. Hava şəraiti Ştutqart hava limanının da fəaliyyətinə təsir edib. İndiyədək bu aeroportda yeddi uçuş təxirə salınıb. Temperaturun aşağı düşməsi Berlin Brandenburq aeroportunda 30 uçuşa təsir göstərib. Təkcə şənbə günü 17 aviareys ləğv edilib.
Hava şəraiti ilə əlaqədar ölkənin bir sıra əyalətlərində ciddi qəzalar baş verib. Yolların buz bağlaması nəticəsində cümə günü Türingiya əyalətində 17 qəza olub.
Meteoroloqlar temperaturun bazar ertəsindən etibarən yüksələcəyini proqnozlaşdırırlar



33 aviareys ləğv edildi - SƏBƏB
Hava limanında onlarla uçuş təxirə salınıb - NİYƏ?
Moskvada reyslər təxirə salındı - SƏBƏB?
Moskvada aviareyslər təxirə salındı
Onlarla uçuş təxirə salındı - SƏBƏB?
Almaniyada güclü qar təyyarələri saxladı - 170 reys təxirə düşdü
Moskvada 40-dan çox reys ləğv edildi
Hava kəskin dəyişdi- Uçuşlar ləğv olundu
Hava limanında 58 aviareys ləğv edildi, idman tədbirləri təxirə salındı - NƏ BAŞ VERİR?
20-yə yaxın reys təxirə salındı - NİYƏSİ İSƏ...
"Bavariya"nın oyunu ləğv edildi
Macarıstandan Azərbaycana olan təyyarə reysi təxirə salındı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 