Türkiyədə yanğın zamanı 78 nəfərin öldüyü “Qrand Qartal” otelinin mühasibatlıq şöbəsinin müdiri Qədir Özdəmir Bolu Bələdiyyəsi ilə otel rəhbərliyi arasında baş tutan danışıqları etiraf edib.
Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri oteldə yoxlama aparıblar:
“Yoxlama nəticəsində otelin yanğın təhlükəsizliyi baxımından uyğun olmadığı barədə akt hazırlanaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinə təqdim edilib”.
Q.Özdəmir bildirib ki, bir müddət sonra bələdiyyənin məsul işçiləri otelə gələrək yenidən ətraflı baxış keçiriblər:
“Mən C. adlı şəxsdən audit hesabatına mənfi rəy verildiyini öyrəndim. Bundan sonra otelin rəhbəri Əhməd Dəmirə zəng edib vəziyyəti ona başa saldım. Daha sonra Ə.Dəmir Bolu Bələdiyyə sədri Tanju Özcanın Yanğınsöndürmə İdarəsinə rəhbərlik edən əmisi oğlu Sədat Gülənərlə danışıb. S.Gülənər də ona “yoxlamanın ləğv edilməsi üçün ərizə ver” deyib. Biz bu göstəriş əsasında ləğv ərizəsi hazırladıq. Otelin baş direktoru Əmir Arasla da bu məsələləri müzakirə etdim. Ə.Aras da mənə dedi ki, bu nöqsanları aradan qaldırmaq çox baha başa gəlir, əgər yoxlamanı ləğv etmək alınırsa, onu ləğv edək”.
Q.Özdəmirin sözlərinə görə, “Qrand Qartal” oteldə yoxlama aparılması ilə bağlı qərarın ləğvi üçün yazılan ərizə 24 dekabr 2024-cü ildə idarəyə təqdim edilib:
“Cəmi bir gün sonra, Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər yanğınsöndürmə idarəsinin otel yoxlamasını ləğv edib”.
Qeyd edək ki, Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğınla bağlı aparılan araşdırma çərçivəsində Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər, xilasetmə müdirinin müavini Kənan Coşqun və yanğınsöndürən İrfan Acar da həbs edilib. Daha əvvəl isə otelin rəhbəri Əhməd Dəmir saxlanılmışdı.



Bolu yanğını- Daha bir nəfər həbs edildi
Türkiyədə oteldə dəhşətli yanğın olub- ÖLƏNLƏR VAR
“Grand Kartal”da yanğının səbəbi məlum oldu
Türkiyədəki yanğının baş vermə səbəbi aşkarlandı
Türkiyənin bu şəhəri qırmızıya boyandı
Ölənlərin sayl yenidən artdı
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
Bu bələdiyyələrin adları dəyişdirildi
Oteldə dəhşətli partlayış- 75 müştəri...
Əli Əsədov Cövdət Yılmaza başdağlığı verdi
Türkiyədə son durum necədir?
Türkiyədəki yanğınla bağlı yayım qadağası ləğv edildi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 