ONN media xəbər verir ki, Rusiyanın İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin “Instagram” sosial şəbəkəsini bağlamağa çağırıb.
Komitə sədrinin sözlərinə görə, onun vasitəsi ilə Sankt-Peterburqda terror aktı törədilib.
Bastrıkin bu bəyanatla uşaq hüquqları müvəkkillərinin qurultayında çıxış edib.
“Türkiyədə “Yandex”, “Google”un əvəzinə uşaqlar üçün ayrıca informasiya sistemi var. Biz isə “Instagram”ı bağlaya bilmirik. Ancaq “Instagramı” həqiqətən bağlamaq lazımdır, çünki ötən il Leninqradda terror aktı “Instagram” vasitəsi ilə törədilib”, -deyə Bastrıkin bildirib.
Bastrıkin bildirib ki, saytların bloklanması ilə bağlı uzun rəsmiyyət prosedurlarına son qoymaq lazımdır.
2017-ci ilin iyun ayında Rusiyanın FTX-i Sankt-Peterburq metro stansiyasındakı terror aktının “Telegram”ın köməkliyi ilə həyata keçirildiyini bildirmişdi. Bəyanata əsasən, terrorçu kamikadze terror aktının təşkili və hazırlığı ilə bağlı bütün mərhələlərdə öz məkrli planlarını gizlətmək üçün beynəlxalq kuratorlarla messencer vasitəsi ilə əlaqə qurub.



Terror zamanı ölənlərin sayı artdı
Suriyada avtobusda terror aktı törədilib
Somalidə terror aktı törədilib
İstanbulda terror törədən qadına hökm oxundu
Kabildə TERROR AKTI - 40 ölü, 30 yaralı
DƏHŞƏTLİ TERROR: 4 kamikadze özünü partlatdı, 19 nəfər öldü
FTX: Son iki ildə Rusiyada 78 terror aktının qarşısı alınıb
Türkiyə ilə sərhəddə dəhşətli terror törədildi - ÖLƏNLƏR VAR
Terror aktının qarşısı alındı - Moskvada
Moskvada terror aktının qarşısı alındı
Terror aktlarına görə 10 nəfər həbs edildi
Suriyada dəhşətli terror- Ölənlər var
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 