ONN İnformasiya Agentliyi

Türkiyə yeni ilkə imza atacaq

Türkiyə yeni ilkə imza atacaq
8-06-2018, 08:46


Türkiyə kosmik araşdırmalarını genişləndirməyi və hətta kosmosa astronavt göndərməyi planlaşdırır.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gənclər təşkilatlarının fəalları ilə görüşündə bildirib.   

“Kosmik tədqiqatlar, xüsusən, peyklərin orbitə buraxılması üzrə işlərə start vermişik. Bu mərhələ artıq başlayıb, biz məhz sizinlə,  gənclərimizlə astronavtları kosmosa göndərə biləcəyimiz mərhələyə çatacağıq”, - deyə Ərdoğan qeyd edib.    

Türkiyənin “Göktürk-1” kəşfiyyat peyki 2016-cı ilin dekabrında Fransa Qvianasındakı “Kuru” kosmodromundan  orbitə buraxılıb. 261,5 mln. avro dəyərində olan bu peyk İtaliyada layihələndirilib, Türkiyədə isə montaj və test edilib.      

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png