Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.
ONN media xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib. O deyib ki, Azərbaycanla Türkiyə arasında faydalı əməkdaşlıq sahələrindən biri də kosmos sahəsidir və iki qardaş ölkənin bu sahədəki təcrübələri qarşılıqlı olaraq öyrənilir: “Ötən il Bakıda keçirilən Astronavtika konqresində 2026-cı ildə təşkil ediləcək konfransın məkanı müəyyənləşdirilmişdi. Azərbaycan tərəfinin də dəstəyi ilə Türkiyənin Antalya şəhəri seçildi. Ölkəmiz bu sahədə ciddi təcrübəyə malikdir və türk qardaşlarımıza da tədbirlə bağlı lazım olan köməyi göstərəcəyik”. Sədr deyib ki, peyk sahəsində Azərbaycan da Türkiyənin təcrübəsindən yararlanmaqdadır: “Məlumdur ki, bu yaxınlarda Türkiyə öz astronavtını orbitə göndərmişdi. Biz onun əldə etdiyi bilik və təcrübə, həmçinin Türkiyə dövlətinin Beynəlxalq Kosmik Stansiyasında həyata keçirdiyi elmi təcrübələrlə bağlı Azərbaycanın müvafiq ali məktəblərinə məlumatlar verməyi nəzərdə tutmuşuq. Bunun üçün də həmin astronavtın Azərbaycana səfərini təşkil edəcəyik".



Azərbaycan peykləri ilə bağlı yeni açıqlama
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub yazdı
Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq
Türkiyənin yeni peyki orbitə buraxıldı
Rusiyadan Türkiyənin Azərbaycana əsgər göndərməsinə REAKSİYA
Azərbaycan və Türkiyə arasında yeni sənəd imzalandı
Bakıda Türkiyənin milli bayramı qeyd edildi
Türkiyə yeni ilkə imza atacaq
NASA-nın 2 astronavtı yerə qayıda bilmir
Ərdoğan MÜJDƏ VERDİ: Kosmik raket bu tarixdə Aya enəcək
"TürkSAT 5A" peyki orbitə çatdı
Ərdoğandan QARABAĞ AÇIQLAMASI: "Azərbaycanın özü qərar verib və..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 