ONN İnformasiya Agentliyi

Helikopter qəzaya uğrayıb - Ölən var

Helikopter qəzaya uğrayıb - Ölən var
22-06-2018, 18:37


Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.

ONN media xəbər verir ki, bu barədə "İnterfaks" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.

"Havadan bunun "Mİ-8" helikopteri olduğu təsbit edilib. Bataqlıq ərazidə onun qalıqları aşkar edilib. Pilot, ehtimal ki, ölüb", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, helikopter neft şirkətlərindən birinə aid ola bilər.

"Helikopter infrastruktura xidmət göstərib və ola bilsin ki, texniki səbəblərə görə sərt eniş edib", - mənbə vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png