ONN İnformasiya Agentliyi

Dominikdə Acunun işçisini öldürdülər ŞOK

Dominikdə Acunun işçisini öldürdülər ŞOK
27-06-2018, 23:39


Türkiyənin məşhur TV aparıcısı, “TV 8” kanalının rəhbəri Acun İlıcalı və komandası şok hadisə yaşayıb.

ONN media xəbər verir ki, İlıcılanın “Survivor” verilişinin komandasında yer alan Alper Baycın faciəvi şəkildə ölüb. Bu barədə TV rəhbəri sosial şəbəkədə məlumat verib. O, operator işləyən 24 yaşlı Alperin Dominik adasında quldur dəstəsinin hücumuna məruz qaldığını və silahlı insident zamanı öldürüldüyünü bildirib. 

“Dəyərli əməkdaşımız, gənc qardaşım Alper Baycını xain hücum nəticəsində itirdik. Yaşadığımız acı və üzüntünü sözlərlə ifadə edə bilmərəm. Ailəsinə və sevdiklərinə səbr diləyirəm. Məkanı cənnət olsun!”, - deyə Acun qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png