Moldovanın paytaxtı Kişinyovda müxalifət tərəfdarları mer seçkilərinin nəticələrinin tanınması tələbi ilə parlamentin qarşında etiraz aksiyası keçirirlər. Etirazçılar "Bizə ədələt lazımdır, korrupsiya yox!", "Səslərimizi tanıyın!" və sair kimi şüarlar səsləndirirlər
Bu barədə ONN media RİA Novosti-yə istinadən xəbər verir.
"Biz deputatlardan 1 iyul mitinqində qəbul olunan qətnamənin üç tələbəni yerinə yetirməyi tələb edirik. Bunlar seçkilərin nəticələrinin tanınması, qarışıq sistemin ləğvi, seçkiləri qanunsuz hesab edən və bununla da Moldova Respublikasında diktaturanın qurulmasına şərait yaradan hakimlərin istefaya getməsidir" — deyə nümayişin təşkilatçıları bildirib.
Etirazçılar "Bizə ədələt lazımdır, korrupsiya yox!", "Səslərimizi tanıyın!" və s. kimi şüarlar səsləndirirlər. Onlar eyni zamanda, Moldova parlamentinin spikeri Andriana Kandunun onlarla görüşünü tələb edirlər.
Moldova paytaxtının meri üzrə növbədənkənar seçkilər iki mərhələdə keçirilib. İkinci mərhələ iyulun 3-də baş tutub. Moldova Mərkəzi Seçki komissiyasının qərarına əsasən seçkidə "Şərəf və Həqiqət Platforması" partiyasının namizədi Andrey Nestase qalib gəlib. O, seçicilərin 52,57%-nin səsini toplayıb.
Lakin Moldova Ali Hakim Palatası seçki günü təşviqat kampaniyası aparıldığı üçün seçkiləri etibarsız sayıb, MSK isə iyunun 29-da seçkilərin nəticələrini ləğv edib.



Tiflisdə gərginlik - Tələblər qəbul olunmasa...
Rusiya bu bölgənin "müstəqilliyini" tanıya bilər
Laçın yolundakı aksiya 88 gündür davam edir
Laçın yolundakı aksiya hələ də davam edir
Laçın yolundakı aksiya hələ də davam edir
Laçın yolundakı aksiya 95 gündür davam edir
Laçın yolunda son durum necədir?
Laçın yolundakı aksiya 84 gündür davam edir
Laçın yolundakı aksiya 94 gündür davam edir
Laçın yolundakı aksiya 86 gündür davam edir
Laçın yolundakı aksiya 87 gündür davam edir
Laçın yolundakı aksiya 77 gündür davam edir
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 