ONN media xəbər verir ki, bu dəqiqələrdə daxil olan məlumata əsasən Kərkükdə terorçular tərəfindən 7 ayrı-ayrı ərazilərdə güclü partlayışlar törədilmişdi. İlkin məlumata görə hədəf sadə vətəndaşlar olub. Belə ki, uşaq xəstaxanasınında roketlə vurulduğu bildirirlir.
İlkin məlumatlara əsasən 3 nəfər həlak olub, 20 dən artıq insan yaralanıb.
İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Erşat Salehi baş vermiş terror hadisəsinə münasibət bildirərkən bəyan edib ki, "Nəqliyyat Nazirinin bu gün Kərkük hava limanının açılışı üçün Kərkükə gələcəyi nəzərdə tutulmuşdu. Bu terror aktının məhs bu tədbirin baş tutmaması üçün hesablandığını təxmin edirik".