Şair, yazıçı, tərcüməçi, jurnalist Nüsrət Mərdan mühacirətdə yaşadığı İsveçrədə dünyasını dəyişdi.
O, 1948-ci ildə türk eli Kərkükdə anadan olub.
Orta təhsilini Kərkükdə alan Nüsrət Mərdan, ali təhsilini Türkiyədə - İzmirdə alıb. Təhsilini başa vurduqdan sonra Kərkükə qayıdıb və İraq Səlahəddin Universitetinin İdarəetmə və İqtisadiyyat fakültəsində müəllim kimi 1991-ci ildə fəaliyyətə başlayıb.
Nüsrət Mərdan İraq türkmən ədəbiyyatına yeni forma və ideyalar gətirməyi qarşısına məqsəd qoyan qrupun öncülü kimi tanınır. İraqda çağdaş Türkmən ədəbiyyatında özünəməxsus bir şəxsiyyət olaraq məşhurlaşmışı. O, ərəb və türk dillərində yazdığı hekayələr, şeirlər, dram əsəsrləri və esseləri ilə tanınır.
Onun tədqiqatçı kimi çalışmaları ilk dəfə 1988-ci ildə Mosul Universitetinə bağlı Türk Araşdırmalar Mərkəzinin təşkil etdiyi birinci konqresdə “Türk Kültür Kimliyinin Qaynaqları” adı ilə təqdim edildiyi zaman daha geniş auditoriyaya tanınmışdır. Daha sonra 1998-ci ildə “Türk Dünyası Dil və Ədəbiyyatı” dərgisində “Çağdaş İraq türkmən şeirindən nümunələr” adlı məqaləsi dərc olunub. 2004-cü ildə ərəbcə yazdığı "Kərkük qalasına sui-qəsd" kitabı, 2005-ci ildə ərəbcə də yazdığı "Çağdaş Türkmən Teatrına Baxış" və "İşte Kərkük" əsərləri və Dr. Mehmet Ömer Kazancı ilə birlikdə yazdığı “Çağdaş Türkmən Hekayəsi Antologiyası” adlı əsəri “İki yüz il 1911-2016 arasında İraq türkmən mətbuatı” və 2010-cu ildə İstanbulda nəşr olunan “Ərəb poeziyasında adlar və hərəkətlər” adlı əsəri onun araşdırmalarından nümunədir.
O, ərəb və türk dillərində 20-yə yaxın kitabın müəllifidir.
Nüsrət Mərdan daima milli kimliyi ilə fəxr edərək daima özünü bütün kürsülərdən türkmən şairi olaraq təqdim edərək öz kimliyilə fəxr etdiyini qürurla dilə gətirərdi.
Nüsrət Mərdan ailəsi ilə birlikdə sürgün həyatı yaşasadığı İsveçrədə 24 aprel tarixində dünyasını dəyişib.
Allah rəhmət eləsin.



Prezident Nüsrət Kəsəmənlinin oğlunu da TƏLTİF ETDİ
Bu gün Mirəli Seyidovun vəfat etdiyi gündür
26 aprel Mirəli Seyidovun vəfat etdiyi gündür
Hüseyn Cavid
Aydın Abiyev vəfat etdi
Kərkükə 3 raket atıldı: 1 nəfər öldü, onlarla əsgər yaralandı
Nüsrət zəlzələ zonasına 25 milyon göndərdi
5 dekabr Hüseyn Cavidin vəfat etdiyi gündür
Nusret 183 minə müdir axtarır
Kamil Vəli Nərimanoğlu vəfat etdi
Qəssab Nüsrət qızıldan hamburqer hazırladı — VİDEO
6 mart Ömər Seyfəddinin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 