ONN media

500 min avro dəyərində şərab oğurlandı – Fransada

500 min avro dəyərində şərab oğurlandı – Fransada
08 Noyabr 2019 - 23:16

Fransanın Bordo şəhərində şərab taciri oğruların qurbanı olub.

ONN media bildirir ki, zərərçəkmiş tacirin şəxsi zirzəmisindən ümumi dəyəri təxminən 500 min avro təşkil edən nadir şərab növlərini oğurlayıblar.

Məlumata görə, təcavüzkarlar tacirin evinin altındakı zirzəmidə pəncərəni sındırıb və ən qiymətli şərablarla dolu yüzə yaxın qutu aparıblar. Sahibinin dediyinə görə, qutularda “Chateau Petrus” və ya “Chateau Margot” kimi Bordoya aidlərdən başqa “Romane-Conti” də daxil olmaqla Burqundiya çeşidləri də saxlanılırdı. Oğurlanan çaxırlar arasında ən qədimləri bir neçə onillikdən qalmalar olublar.

Müstəntiqlər baş verənləri araşdırmağa çalışırlar, lakin indiyə qədər qonşular da daxil olmaqla heç bir şahid tapa bilmirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png