ONN İnformasiya Agentliyi

Aeroportda bir sərnişinə görə 330-a yaxın reys təxirə salındı

Aeroportda bir sərnişinə görə 330-a yaxın reys təxirə salındı
30-07-2018, 02:25


Münhen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb.

ONN media xəbər verir ki, nəticədə 330-a yaxın reys təxirə salınıb.

Sərnişinlərdən biri lazımi yoxlamadan keçməyərək təhlükəsizlik zonasına daxil olub. Təhlükəsizlik xidməti buna reaksiya verməyib.

Cənubi Bavariyanın aviasiya qurumu bu barədə məlumat əldə edən kimi polis çağırıb, terminal boşaldılıb və yeddi saat bağlı qalıb.

Bu hadisəyə görə təxminən 700 sərnişin hava limanında gecələyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png