NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması Rusiyanı hərəkətə keçməyə sövq edib.
ONN media xəbər verir ki, Rusiya buna cavab olaraq Abxaziya ərazisindəki 49-cu ümumqoşun ordusunu ayağa qaldırıb.
Rusiya KİV-nin məlumatına görə, Abxaziyada rus hərbiçilərinin də iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib. Təlimlərin başlanması gizli və olduqca sürətli olub. Hətta Rusiyanın Abxaziyadakı addımlarına mütəmadi olaraq nota ilə etiraz edən rəsmi Tbilisi bu dəfə nota verməyə fürsət belə tapmayıb.
Rusiyalı şərhçi Viktor Skorko hesab edir ki, Rusiyanın Abxaziyada ordusunu təcili ayağa qaldırması NATO-nun Gürcüstandakı addımlarına cavabdır.
Onun sözlərinə görə, baş verən proseslər 10 il öncə “beş günlük müharibə”dən əvvəlki vəziyyətə bənzəyir: “10 il öncə Gürcüstan ordusu Sxinvalidə hərbi təlimlərə başladı və ssenariyə görə gürcülər avqustun 7-dən 8-nə keçən gecə Osetiyanı bölən Rokski tunelini ələ keçirərək, ərazilərə tam nəzarəti bərpa edəcəkdi. O vaxt buna ABŞ prezidenti Corc Buş icazə vermişdi. Keçmiş dövlət katibi Kondaliza Rays bir neçə ay öncə Tbilisiyə səfəri zamanı əməliyyatın detallarını müzakirə etmişdi. Amerikalılar Tbilisini inandırmışdılar ki, ruslar Gürcüstana hücum etməyə cürət etməyəcək. Rusiyanın bu planlardan xəbəri var idi, lakin Baş qərargahda hesab edirdilər ki, gürcülər əməliyyata 1 sentyabrda başlayacaq. Rusiya Cənubi Osetiyada Tbilisinin etiraz notasına səbəb olan təlimlərə başladı və vəziyyətə uyğun olaraq avqustun 8-də “beş günlük müharibə” baş verdi. Bu tarixi təcrübə fonunda NATO-nun Gürcüstandakı bu gün keçirdiyi təlimlər təsadüfə bənzəmir”.
Viktor Skorko qeyd edir ki, Gürcüstan Ukrayna kimi ərazi münaqişəsinə görə NATO-ya qəbul edilmir.
“Hərçənd, Şimal Alyansı “şərqə doğru genişlənmə” strategiyasına uyğun olaraq, bu ölkələri üzv kimi qəbul etmək istəyir. Buna görə də əvvəlcə Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq lazımdır. Bu təlimlər dolayısı ilə bu planın bir hissəsi hesab oluna bilər. Buna görə də Rusiya Abxaziyada təcili təlimlərə başlayaraq, NATO-ya Qafqaza kimin sahib olduğunu göstərir”, - deyə rusiyalı şərhçi vurğulayıb.



Rusiya NATO-dakı nümayəndəliyinin işini dayandırır
Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
Ermənistan və Rusiya hərbçiləri birgə təlimlərə başladı
İrəvanda qorxu artır: Azərbaycan və Türkiyə ordusu hərəkətə keçdi
Rusiya-Qərb QARŞIDURMASI - Xəbərdarlıq edildi
Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tank
Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır
NATO qorxusu: Belarus ordusunu hazırlayır
NATO Rusiyanı savaşa təhrik edir - Bloxin
Rusiya ABŞ-a nota verdi
İran və Rusiya ordusu birgə hərəkətə keçdi
Qarabağda baş verən son hadisələr NATO-da MÜZAKİRƏ EDİLƏCƏK
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 