ONN İnformasiya Agentliyi

Daha bir ölkə ABŞ-a MEYDAN OXUDU

Daha bir ölkə ABŞ-a MEYDAN OXUDU
4-09-2018, 10:51


ABŞ Hindistanı Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini almaması üçün təhdid etməsinə baxmayaraq, Hindistan cavab olaraq ABŞ-ı saymayacağını bəyan edəcək.

ONN media xəbər verir ki, rəsmi Hindistan ABŞ-ın sanksiya hədələrinə və etirazlarına baxmayaraq, Rusiyadan "S-400" raket əleyhinə müdafiə sistemi alacağını qəti şəkildə bəyan edib.

Hindistanın " NDTV " saytının yazdığı məlumata görə, sentyabrın 6-da ABŞ və Hindistandan olan nazirlər arasında görüş keçiriləcək. Görüş çərçivəsində Hindistan rəsmiləri Rusiyadan raket əleyhinə "S-400" müdafiə sistemlərinin alınmasına dair qəti qərarlarını ABŞ tərəfinə bildirəcəklərini deyiblər:

"Rusiya ilə Hindistan arasında "S-400" müdafiə sistemlərinin alınmasına dair saziş demək olar ki, hazırdır. Bu sazişi daha da inkişaf etdirmək niyyətindəyik. Regional şərtlər səbəbindən bu müdafiə sistemləri Hindistana lazımdır. Bu səbəbdən də ABŞ-a öz mövqeyimizi qəti şəkildə bəyan edəcəyik".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png