Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ-a göndərdiyi sorğunun cavabını gözləyir. ONN media xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Doha forumunda deyib. “Türkiyə ABŞ-ın hələ də onun müttəfiqi olduğuna inanır. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik. İndi isə biz ABŞ-dan “Patriot” sistemlərini almağa hazırıq və onların cavabını gözləyirik”, - deyə Çavuşoğlu bildirib. Nazir, eyni zamanda ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi təqdirdə Ankaranın buna cavab vermək məcburiyyətində qalacağını da vurğulayıb. Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb edib. Əks-təqdirdə Vaşinqton Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb. Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri iyul ayının ortalarından Türkiyəyə çatdırılmasına başlanılıb. Uzaq məsafəli zenit-raket sistemi - S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir. Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.(publika)
SON DƏQİQƏ: Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ



Çavuşoğlu: Türkiyə S-400 sistemlərini artıq alıb
Vaşinqtondan Türkiyəyə pozitiv təklif
ABŞ Türkiyəni hədələdi
S-400-lər Türkiyəyə hansı tarixdə çatırılacaq?
Nazir: Türkiyə ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək
Vaşinqtondan Türkiyə ilə bağlı SENSASİON ETİRAF: Bütün cəhdlərə baxmayaraq...
Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR - Bu tarixlərdə...
Çavuşoğlu - Rusiyalı hərbçilər ölkədən çıxıblar
ABŞ-dan Türkiyəyə SENSASİON S-400 TƏKLİFİ: əgər Ankara bu raketləri…
Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan
Tramp Türkiyə üçün hərəkətə keçdi - Ən yaxşı silahlarını göndərəcək
Türkiyədən ABŞ-a SƏRT CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 