ONN İnformasiya Agentliyi

Bu qəzet BAĞLANDI

Bu qəzet BAĞLANDI
17-09-2018, 16:23


Türkiyədə çıxan “Resmi Gazete” bağlanıb.

ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Resmi Gazete” bundan sonra çap edilməyəcək, rəqəmsal olaraq hazırlanacaq.

1920-ci il oktyabrın 7-də qurulan nəşrin ilk sayı 1921-ci il fevralın 7-də çıxıb. Bu il sentyabrın 14-də “Resmi Gazete”nin 130 əməkdaşı işdən çıxıb. Onların bəziləri başqa yerlərdə işlə təmin olunublar.

“Resmi Gazete”də Türkiyə prezidenti, parlamenti və baş naziri tərəfindən qəbul edilən qərarlar, qanunlar fərmanlar dərc olunduqdan sonra qüvvəyə minirdi. Qəzet 8 min tirajla çap olunurmuş. Son zamanlar onun sayı 2 minədək düşübmüş.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png