Fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən professor Çarlz Kaonun vəfatı xəbəri yayılıb.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, alim sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.
O, uzun illər Alzheymer xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub.