Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclası keçirilib.
ONN media xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə “AMEA nəzdində Nobel İnformasiya Mərkəzi”nin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli tarix elmləri doktoru Bəybala Ələsgərovun uzun illər həmin mərkəzə rəhbərlik etdiyini, sonralar Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığını, həmin mərkəzin vitse-prezidenti seçildiyini söyləyib. Bildirib ki, Bəybala Ələsgərovun təcrübəsindən yararlanmaq Akademiyanın Nobel mükafatı üzrə hədəflərinə çatmasında mühüm rol oynaya bilər. Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin sözügedən qərarının arxivdən tapılaraq ondan irəli gələn məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
"İlk Nobel mükafatının 1901-ci ildə təqdim edildiyini diqqətə çatdıran AMEA prezidenti ötən 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landaunun layiq görüldüyünü, həmçinin Cənubi Azərbaycandan Şirin Ebadinin Nobel mükafatı aldığını, həmçinin Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olduğunu qeyd edib. Həmçinin dünya şöhrətli görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin və məşhur cərrah akademik Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatlar vardır. Bundan başqa, nəzərə çatdırılıb ki, Nobel mükafatlarının təsis edilməsindən keçən 122 il ərzində Azərbaycandan həmin mükafatı almaq üçün hələlik 2-3 rəsmi müraciətin olması məlumdur", - deyə o qeyd edib.



Şeyx Nobel mükafatına namizəd oldu
Azərbaycandan “Nobel”ə təqdim olunanlar açıqlandı – SİYAHIDA ONUN da adı var..
Ədəbiyyat üzrə Nobel mükafatı ONA VERİLDİ
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bəlli oldu
Fizika üzrə Nobel laureatı öldü
Tibb üzrə Nobel mükafatçıları bəlli oldu
Nobel mükafatları bu tarixlərdə veriləcək
Nobel Mükafatına layiq olmayan elm adamları
Nobelin təqdimat mərasimi ləğv edildi
Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlandı - FOTO
Yeni Nobel komitəsi yaradıldı
Donald Tramp Nobel sülh mükafatına namizəd ola bilər
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 