ONN İnformasiya Agentliyi

Ərdoğan BMT-ni tənqid atəşinə tutdu

Ərdoğan BMT-ni tənqid atəşinə tutdu
24-09-2018, 12:22


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT-nin 73-cü baş assambleyasından əvvəl Nyu-Yorkda çıxış edib.

ONN media xəbər verir ki, Ərdoğan qurumu sərt şəkildə tənqid edib.

“Bu qurumlar strukturlarına görə bir çox vaxt qlobal sülhdən çox müəyyən qüvvələrin maraqlarının qorunmasına xidmət edirlər”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri bildirib ki, şəhid verərək keçirilən əməliyyatlar nəticəsində 260 min suriyalı vətəninə qayıdıb.  Ərdoğan Arakan, Suriya və Fələstində baş verənləri nəzərdə tutaraq deyib:

“Bütün bu problemlərin həll edilməməsində BMT Təhlükəsizlik Şurası kimi qlobal sülh və stabilliyin təminatçısı olan qurumların acizliyini qəbul edirik. Bu qurumların bir çox hallarda qlobal sülhdən çox, müəyyən qüvvələrin maraqlarının təmin edilməsinə xidmət etdiklərini bilirik”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png