ONN İnformasiya Agentliyi

Bu hava limanı cərimələndi - SƏBƏB?

Bu hava limanı cərimələndi - SƏBƏB?
8-10-2018, 23:31


Böyük Britaniyanın və Avropanın ən işlək hava limanı olan Hitrou 120 min funt sterlinq məbləğində cərimə olunub. İnformasiya Komissarlığının apardığı araşdırma nəticəsində bu qərar qəbul edilib.

ONN media xəbər verir ki, cəriməyə səbəb ölkədəki məlumat təhlükəsizliyinin pozulması olub. Belə ki, ötən il hava limanı işçisinin itirdiyi USB kartında az sayda olsa da fərdi məlumat olub.

Komissarlıqdan məlumatların qorunmasının yüksək səviyyədə olmadığı və araşdırmalar zamanı çatışmazlıqların ortaya çıxdığı bildirilib. Komissarlıqdakı əsas narahatlıq isə Hitroudakı 6500 işçidən yalnız 2 faizinin məlumatların qorunması haqqında xəbərdar olmasıdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png