Gürcüstanda prezident seçkiləri günü seçki məntəqəsində dava düşüb.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, hadisə Marneuli şəhərində baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, müxalif Milli Hərəkat Partiyası və hakim Gürcü Arzusu Partiyasının üzvləri arasında əvvəlcə söz atışması olub, mübahisə sonra davaya keçib.
İnsident nəticəsində 2 nəfər saxlanılıb. Faktla bağlı istintaq başlanıb.