Poti liman şəhərinin 15 saylı seçki məntəqəsində seçki komissiyasının üzvü parlament seçkiləri zamanı vəfat edib.
ONN media xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani keçirdiyi brifinqdə deyib.
“Potinin 15-ci seçki məntəqəsinin üzvü Nikoloz Lominadzenin səhhəti qəfil pisləşib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Seçki Komissiyası onun ailəsinə başsağlığı verir”, - deyə İoseliani bildirib.
Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir