Şimali Koreya lideri Kim Çen İn Rusiyaya səfər edə bilər.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə məlumat verib. Məlumata əsasən, Kim Çen İnin səfəri gündəmdədir və diplomatik kanallarla planlaşdırılır.
Bununla yanaşı, Peskov bildirib ki, səfərin vaxtı barədə məlumat yoxdur: “Səfər vaxtı və günü barədə məlumat yoxdur”.
Qeyd edək ki, Federasiya Şurasının spikeri Valentin Matviyenko Pxenyana səfərindən sonra bildirmişdi ki, Kim Çen İn yaxın vaxtlarda Rusiyaya səfərə hazırdır. Sonra isə Putinin köməkçisi Yuriy Uşakov Putin və Kim Çenin ilin sonuna qədər görüşü nəzərdən keçirilir.