Müğənni sevgilisi Sıla Gençoğluna şiddət tətbiq etdiyi iddiasıyla haqqında cinayət işi açılan Ahmet Kural üzr istəyib.
ONN media Publika -ya istinadən xəbər verir ki, aktyor bu hadisədən çox böyük dərs çıxardığını deyib. O, "İnstaqram"da geniş açıqlama verib:
“Çox sevmiş, sevdiyi qadını görəndə gözləri partlamış bir insan olaraq qəlbim çox ağrısa da, baş verənlərlə bağlı məndən mənfi bir şey eşitməyəcəksiniz. Mənimlə bağlı həddi aşan ifadələr, gerçək olmayan sözlər deyilsə də, məndən pis sözlər eşitməyəcəksiniz. Bunu yaşadığım üçün, qadının məni şiddətlə xatırladığı və belə bir məsələ baş verdiyi üçün çox təəssüf edirəm. Dünən axşamkı açıqlamamda qeyd etdiyim kimi, mübahisənin səbəbi olan və ağır təhrikə ehtiva edən mövzu üzərindən başlayan kəskin mübahisə zamanı xoşagəlməyən olaylar baş verdi.
Bundan əlavə, 45 dəqiqə ərzində onu yerdə sürükləmə, söyüş və təhqir, külqabı atmaq, təhdid, şantaj kimi iddialar düzgün deyil. Ancaq heç bir halda bu mübahisəyə şərait yaratmamalı idim. Mövzu canımı nə qədər ağrıtsa da, evimi soyuqqanlılıqla tərk etməliydim. İddia edilən hadisə zamanı sevdiyim qadınla yaşananlar əlbəttə ki, mənə yaraşmadı.
Bu hadisənin səbəbkarı olduğum üçün başda Sıla olmaq üzrə bütün qadınlardan üzr istəyirəm. O gecə, mənimlə bölüşdüyü şeyləri təmkinli bir şəkildə qarşılaya bilərdim. Hər kəsin ayıbı özünə qalmalıdır deyə düşünməliydim. Qadına zorakılıq mövzusundakı cəmiyyətdə yaranan həssaslığı hörmətlə qarşılayıram. Bu hadisədən mən də çox böyük dərs çıxardım. Bundan sonra da çıxardığım bu dərslərin vacibliyini yerinə yetirmək üçün çalışacağam.
Türkiyəyə nümunə göstərilən cütlük ikən, bu şəkildə gündəmə gəldik. Bu münasibətə və Sılaya qarşı hörmətimdən, bizi sevənlərin verdiyi dəyərdən dolayı hadisənin detallarını rəsmi orqanlar xaricində bölüşməyəcəyəm. Sevgiyə, doğruluğa və insanların vicdanında yaxşı şeylər cücərəcəyinə inamımı heç vaxt itirməyəcəyəm".



Ahmet Kuralda evlənir - FOTO
Məşhur aktyor evlənir
Ahmet Kural bunu etdiyini açıqladı
Ahmet Kural onu məhkəməyə verdi
Məşhur müğənni sevgilisi tərəfindən döyüldü
Ahmet Kuraldan evlilik açıqlaması
Sıla və Ahmet Kuralın məhkəməsi baş tutdu
Ahmet Kural evlənir - FOTOLAR
"45 dəqiqə döyüldüm" - Sıla ilk dəfə həmin gecədən danışdı
Sıla keçmiş sevgilisini “qara siyahı”ya atdı
Sıla toyunun vaxtını əvvələ çəkdi - SƏBƏB?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 