ONN İnformasiya Agentliyi

Ərdoğanın təyyarəsinin tarixə keçən pilotu öldü

Ərdoğanın təyyarəsinin tarixə keçən pilotu öldü
4-11-2018, 20:35


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə “Boeing 777” tipli xidməti təyyarəsində pilotluq etmiş Sərdar Xəlil Girgin yol qəzasında dünyasını dəyişib.

ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, o, Zonquldak-İstanbul yolunda idarə etdiyi motosikletlə yol kənarındakı qaya parçalarına çırpılıb.

Ağır xəsarət alan Girgin xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 53 yaşlı pilot 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edərək ən uzunmüddətli uçuş kimi Türk Hava Yollarının tarixinə düşüb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png