Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2 avqust tarixində açıqladığı 46 milyard dollar dəyərində 400 layihənin yer aldığı birinci “100 günlük” fəaliyyət planının müddəti tamamlanıb.
ONN media xəbər verir ki, prezidentin həftəiçi ikinci “100 günlük” fəaliyyət planını açıqlaması gözlənilir.
İkinci planının daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yerli İdarəetmə Siyasəti Qurumunun iştirak edəcəyi sahələr üzrə, qısamüddətli və təcili işlərdən ibarət olacağı ehtimal edilir.
Ərdoğan Argentinada təşkil ediləcək G-20 liderlər zirvəsindən öncə ölkəsinin yerli seçkilərlə bağlı olan planlarını açıqlamağı düşünür. İkinci fəaliyyət planının müddəti isə 31 mart 2019-cu ildə başa çatacaq.
Qeyd edək ki, bu ilki prezident seçkilərində rəqiblərini açıq fərqlə üstələyərək yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan əvvəlki hökumət sistemində köklü dəyişikliklər edərək yeni dövrdə Prezident İdarəetmə Sistemi qurub. Bu sistem çərçivəsində bir neçə “100 günlük” fəaliyyət planlarının həyata keçiriləcəyi hədəflənib. Planlar çərçivəsində nəqliyyat, energertik, iqtisadiyyat, sənaye, ticarət, ətraf mühit, xarici siyasət, özünümüdafiə, təhsil, səhiyyə, təsərrüfat, texnologiya, turizm, mədəniyyət və idman da daxil bir çox sahələrdə yeni işlər görülür.



Ərdoğan milyonların gözlədiyi planı açıqlayır - CANLI
Ərdoğan bütün nazirləri dəyişir - KİV
Ərdoğan Körfəz ölkələrinə səfər edəcək
Gözlər Türkiyəyə DİKİLDİ - Ərdoğan bu gün...
İlham Əliyev Türkiyədə mühüm tədbirdə iştirak edir
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğanın şərəfinə ZİYAFƏT VERDİ
Ərdoğan İlham Əliyevə zəng etdi
Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR - Bu tarixlərdə...
Ərdoğan bu məsələlərə görə KABİNETİ TOPLAYIR
Ərdoğan Baydenlə görüş yerini açıqladı
Ərdoğan hökumətin yeni tərkibini nə vaxt açıqlayacaq?
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı 