Rusiya Ukrayna ilə arasında gərginliyə səbəb olan Krımda hərbi hava limanı inşa edib.
ONN media xəbər verir ki, hava limanı Krımın Qara dəniz sahilində yerləşən Bəlbək bölgəsində tikilib.
Limanın həm hərbi, həm də mülki məqsədlə istifadə ediləcəyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi hava limanına “AN-148” tipli təyyarənin sağlam eniş etdiyini və hava limanının ilk sınağının uğurla başa çatdığını açıqlayıb.
Hava limanı istifadəyə verildikdən sonra Rusiya bir çox hərbi nəqliyyat ehtiyacını buradan qarşılayacaq.