“Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çox qısa zamanda buranın hazır olacağını qeyd etmişdi və belə də oldu”.
ONN media bildirir ki, bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, qısa bir zamanda çox möhtəşəm hava limanı inşa olunub: “Bu hava limanı bütün Azərbaycan üçün önəmlidir. Füzuli Beynəlxalq Hava Limanı region ölkələrilə Azərbaycanın münasibətini daha da yaxşılaşdıracaq. Bu aeroport həm sərnişinlərin, həm də yüklərin daşınmasında çox böyük rol oynayacaq. Ötən gün qürurverici anlar yaşandı və “Qarabağ” təyyarəsi cəmi 35 dəqiqəyə Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. Həmin hava limanından 100 kilometr uzaqlıqda Şuşa şəhəri yerləşir və bir saat ərzində oraya getmək olar. Vətəndaşlarımız gələcəkdə Füzulidən Zəngilana və oradan da Naxçıvana gedə biləcək”.
E.Məmmədov vurğulayıb ki, bu cür hava limanlarının olması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Bölgədə məskunlaşmanın və müəyyən məsələlərə nəzarətin daha operativ keçirilməsi üçün bu hava limanının böyük əhəmiyyəti var. Füzuli Beynəlxalq Hava Limanı qonşu dövlətlərlə əlaqələrin daha da güclənməsinə təkan verəcək. Bu hava limanından hərbi yüklərin daşınması üçün də istifadə ediləcək. Çünki burada hərbi-strateji məsələlərin də böyük əhəmiyyəti var. Gələcəkdə bu cür hava limanları Laçında və digər ərazilərdə də istifadəyə veriləcək və digər ölkələrdən də buraya turistlər gələcək. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında çıxış edərkən oranı Qarabağın Hava Qapısı adlandırıb. Çünki bu hava limanı vasitəsilə Bakı ilə Qarabağ arasında əlaqə daha da gücləndi”.



Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur - İlham Əliyev
Prezident Şuşada ELAN ETDİ: Böyük qayıdış başlayır, bütün işlər...
Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək
Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcək
Bakıda yeni hava limanı tikilir
Ərdoğan dünyanın ən böyük hava LİMANINDA - CANLI YAYIM
Füzuli Hava Limanı böyük əhəmiyyəti - İqtisadçı alim AÇIQLADI
İstanbul Hava limanı 5 ulduz kateqoriyası aldı
Hava limanı atəşə tutuldu
Dünyanın ən böyük hava limanının tikintisi başa çatdı
AZAL-ın təyyarəsi təcili eniş etdi
Zəngilanda hava limanı tikiləcək - Prezident AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 