Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib.
ONN media xəbər verir ki, qanunla Türkiyə ərazisində tütün məmulatlarının reklamı qadağan olunub.. Həmçinin, bu məmulatların film, videoklip və sosial şəbəkələrdə nümayişi qadağan olunub.
Bundan sonra Türkiyədə tütün məmulatları eyni qablaşdırmada satılacaq. Üzərində istehsalçıya aid hər hansı loqo və yazı olmayacaq.