Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.
O bildirib ki, qanuna edilən dəyişiklikdə ölkədə istehsal edilən siqaretin keyfiyyətinin yüksəldilməsi birinci şərtdir:
“Bir vətəndaş kimi mən bunu müdafiə edirəm. Tütün məmulatları qiymətli məhsuldur. Ölkədə ildən-ilə tütün əkilən sahələrin artırılması təsadüfi deyil. Bu məhsul ölkəyə xeyli miqdarda valyuta gətirə bilər. Ona görə də ölkədə tütün istehsalına diqqət yetirilir. Qanuna dəyişikliklərlə tütün məmulatlarının istehsalı və idxalı ilə bağlı yeni tələblər müəyyən edilir”.
Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir.
Qanun layihəsində vurğulanır ki, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması həyata keçiriləcək.



Azərbaycanda bu məhsullar bahalaşacaq
Azərbaycanda tütün istehsalı artıb
İlham Əliyev sərəncam imzaladı
Siqaret bahalaşacaq
DİN-dən uşaqlara siqaret satanlara XƏBƏRDARLIQ
DİQQƏT- Yeni cərimə tətbiq olunacaq
Bunu edən şəxslər cərimələndi
DİQQƏT- Cərimələnə bilərsiniz
Azərbaycanda siqaret bahalaşdı
Siqaret çəkənlərə BƏD XƏBƏR
Siqaret və spirtli içkilər üçün rüsumlar bir qədər də artırıla bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 