Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbs edilib.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, 2008-ci ildə prezident seçkilərinə etiraz etdikdən sonra başlayan və 10 nəfərin ölümü ilə nəticələnən etiraz nümayişlərinə görə eks-prezident həbs edilib.
Köçəryan 1998-2008-ci illər arasında Ermənistana rəhbərlik edib və istintaq dövründə bütün ittihamları rədd etmişdi.
Yerevan məhkəməsi iyul ayında Köçəryan barədə həbs qərarı çıxarmışdı. Sonra isə Robert girovla sərbəst buraxılmışdı.
Qeyd edək ki, 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərinə etiraz məqsədi ilə nümayişlər keçirilib. 1 mart tarixindəki toqquşmalarda 10 nəfər ölüb. Onlardan ikisi polisdir.