Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı açılmış cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesi insidentlə başa çatıb. ONN media Teleqraf.com -a istinadən xəbər verir ki, məhkəmə zalında vəkillər və zərərçəkənlər arasında mübahisə yaranıb. Zərərçəkənlərin nümayəndəsi Robert Köçəryanı məhkəməyə hörmət etməyə çağıraraq, onun 1 mart hadisəsinin qurbanlarına sayğısızlıq etdiyini bildirib. Zalda yaranmış səs-küy səbəbindən ifadənin ikinci hissəsinin oxunuşunu eşitmək mümkün olmayıb. Məhkəmə sədri ifadəni yazılı şəkildə oxumaq qərarı verib. Robert Köçəryan iclasın qeydlərini dərhal dinləməyi tələb etsə də, hakim qeydin daha sonra vəkillərə veriləcəyini söyləyib. Vəkillər və zərərçəkənlər arasında salonda mübahisə yaranıb. Hakim Anna Danibekyan vəkil Miqran Poqosyanın iclasın təxirə salınması tələbini nəzərə alaraq iclasın başa çatdığını elan edib. Növbəti iclas yanvarın 14-də baş tutacaq. Köçəryan 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda iştirak edən vətəndaşlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur. Məlum hadisələr zamanı təxminən 20 nəfərə yaxın insan öldürülüb.
Köçəryanın məhkəməsi zamanı OLAY YAŞANDI



Köçəryan İrəvanı ikiyə parçaladı: Polis araya girdi
Köçəryanın niyyəti ürəyində qaldı - Məhkəmə icazə vermədi
Köçəryan ölkəni tərk etdi
Koçaryan Ermənistanı məhkəməyə verdi
Köçəryanın tərəfdarları yeni aksiya keçirdi
Köçəryan tərəfdarları aksiyalara başladı
Robert Köçəryan həbs olundu
Köçəryanın növbəti məqsədi nədir?
Koçaryan azadlıqda
Nikol xalqı küçələrə çıxartdı- Məqsədi nədir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 