ONN İnformasiya Agentliyi

ABŞ-da 22 nəfərin qatili olan 21 yaşlı oğlan tutuldu

ABŞ-da 22 nəfərin qatili olan 21 yaşlı oğlan tutuldu
19 Sentyabr 2019 - 23:21

Amerikanın Texas ştatının höküməti Patrik Kruziusa qarşı ittihamlar sürüblər. Səlahiyyətlilərin bildirdiyinə görə, bunun əsas səbəbi avqustun əvvəlində El Paso şəhərində 22 nəfərin güllələnməsidir.

ONN media  bildirir ki, münsiflər heyəti prokurorluqda 21 yaşlı Kruziusa qarşı olan dəlillərin yetərincə olduğunu sayıblar. Belə ki, məhs dəlillərə görə Kruziusa qarşı qətl ittihamı sürə biliblər.

Kruziusun günahkar olduğu aşkar edilərsə, edam cəzası və ya ömürlük həbs cəzası ilə üzləşə bilər. Prokurorluğun nümayəndələri bundan əvvəl Kruzius üçün edam cəzası istəyəcəklərini bildirmişdilər.

Polisin bildirdiyinə görə, Kruzius avqustun 3-də El Paso şəhərində Walmart mağazasında insanlara atəş açıb. Atəş nəticəsində 8 meksikalı da daxil olmaqla 22 nəfər ölmüş, 20-dən çox ziyarətçi yaralanmışdı.(trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png