ONN İnformasiya Agentliyi

ABŞ-da 3,45 milyon müsəlman yaşayır – STATİSTİKA

ABŞ-da 3,45 milyon müsəlman yaşayır – STATİSTİKA
05 Yanvar 2018 - 17:59

ABŞ-da müsəlmanların sayı 3,45 milyona çatıb.

ONN media “Report”-a istinadən xəbər verir ki, bu məlumatı Vaşinqtonda yerləşən Pyu adına Araşdırma Mərkəzi açıqlayıb.

İnformasiyaya əsasən, son 7 ildə ölkədəki müsəlmanların sayı 700 min nəfər çoxalıb.

2050-ci ildə ABŞ-da müsəlmanlarının sayının 8,1 milyona çatacağı gözlənilir.

2015-ci ildə dünya üzrə müsəlmanların sayı 1,8 milyard olub. 2060-cı ilədək onların sayının 3 milyard olacağı ehtimal edilir.

Əsrin sonunda onların sayının xristianlardan çox olacağı proqnozlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png